SON XƏBƏRLƏR

İraq “Həşdəş-Şəbi” yaraqlılarına fəaliyyət göstərmək üçün verdiyi lisenziyanı ləğv edib

2021.10.20, 07:36
İraq “Həşdəş-Şəbi” yaraqlılarına fəaliyyət göstərmək üçün verdiyi lisenziyanı ləğv edib

Gunaz.tv

GünAz TV:  İraqın Milli Təhlükəsizlik Şurasının və “Həşdəş-Şəbi” yaraqlı dəstəsinin rəhbəri Falih Əl-Fiyyaz iyulun 30-da “Həşdəş-Şəbi” idarəsi və onun vilayətlərdəki bölmələrinə verilmiş lisenziyanın ləğv edildiyini deyib.

 

Falihinin sözlərinə görə, 2 ay içərisində İraq hökuməti “Həşdəş-Şəbi”nin bütün ofislərini ləğv edib, onu digər silahlı qüvvələrlə birləşdirəcək.

 

O, bu istiqamətdə Baş Nazirliyin məsələ ilə əlaqədar imzaladığı fərmanın icra edilməsi üçün ölkənin ali baş komandanı, baş nazir Adil Əbdülmehdiyə məktub göndərdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, “Həşdəş-Şəbi” İranın İraqda maliyyələşdirdiyi və hərbi təlimlər verdiyi əsas qruplaşmalardan biridir. Amerika Birləşmiş Ştatları bu yaxınlarda qruplaşmanın rəhbər şəxslərindən olan bir neçə nəfəri İrana qarşı sanksiyaları pozduqlarına görə, sanksiyalar siyahısına əlavə etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar