SON XƏBƏRLƏR

İraqda hava əməliyyatı nəticəsində çoxlu sayda Hizbullah və “Sepah” terroristi ölüb

2021.10.20, 07:36
İraqda hava əməliyyatı nəticəsində çoxlu sayda Hizbullah və “Sepah” terroristi ölüb

Gunaz.tv

GünAz TV: Ərəbdilli media orqanlarının yaydıqları məlumata əsasən, bu gün naməlum qırıcılar “Həşdəş-Şəbi” yaraqlılarının Səlahəddin vilayətində yerləşən düşərgələrindən birinə qarşı hava hücumu həyata keçiriblər.

 

Məlumatlara görə, endirilmiş hava zərbələri nəticəsində düşərgədə olan Livan Hizbullahı və Sepah terror təşkilatlarının çoxlu sayda üzvü ölüb.

 

Yerli əhalinin dediklərinə görə, anidən iki naməlum qırıcı İranın ballistik raketlərinin saxlandığı bu düşərgəyə hava zərbələri endirib.

 

Hava hücumunun hansı ölkənin həyata keçirdiyi barədə heç bir məlumat yoxdur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar