SON XƏBƏRLƏR

İraqda hökumət əleyhinə aksiyalarda 63 nəfər öldürülüb

2021.10.20, 07:36
İraqda hökumət əleyhinə aksiyalarda 63 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: İraqda son 2 gündə hökumət əleyhinə aksiyaların gedişatında onlarla insan öldürülüb.

 

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq müdafiəçiləri məlumat yayıblar.

 

Qeyd edilir ki, Bağdad, Maysan, Di-Kar, Bəsrə, Mutanna, Divaniyyə, Babil vilayətlərində keçirilən aksiyalar zamanı 63 nəfər həlak olub. Etirazlar zamanı həmçinin 2595 nəfər xəsarət alıb.

 

Məlumata görə, son 2 gündə dövlət orqanlarının və siyasi partiyaların 83 binasına zərər dəyib. 

 

Qeyd edək ki, cümə günü aksiyalar zamanı 30 nəfərin öldürüldüyü bildirilirdi. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar