İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb

2021-03-04 09:16

ABŞ və koalisiya qüvvələrinin İraqdakı hərbi bazasına son raket hücumu bir mülki kontraktorun həyatına son qoyub.

Gunaz.tv Quote | Gunaz article

ABŞ müdafiə rəsmiləri çərşənbə günü səhər saatlarında Əl-Əsəd hava bazasına bazanın şərqindəki bir nöqtədən təxminən 10 raket atıldığını və bunun raket əleyhinə müdafiə sistemlərinin işə düşməsinə səbəb olduğunu bildirib.

 

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, heç bir ABŞ əsgəri zərər görməyib, lakin rəsmilər raket hücumu nəticəsində amerikalı bir mülki kontraktorun infarkt keçirərək öldüyünü deyib.

 

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü verdiyi açıqlamada həm İraq təhlükəsizlik qüvvələri, həm də koalisiya rəsmiləri tərəfindən edilən hücumla bağlı istintaqın davam etdiyini, ancaq hücumun arxasında kimin olduğunun bəlli olmadığını bildirib.

 

"Belə bir vaxtda heç kimi cavabdeh hesab edə bilmərik və zərərin dərəcəsi barədə tam bir təsəvvürümüz yoxdur" - deyə, Kirbi qeyd edib.

 

Əl-Əsəd hava bazasına hücum ABŞ-ın İraqda hücumlar həyata keçirmək üçün İranın dəstəklədiyi silahlı qüvvələrin tranzit və təchizat məntəqəsi olaraq istifadə etdiyi Suriyanın şərqindəki bir kompleksə hava hücumu başlatmasından bir həftə keçməmiş baş verib.

 

ABŞ prezidenti Co Bayden ötən cümə günü İranın İraqda diqqətli olmasına dair xəbərdarlıq edib.

 

"Cəzasız hərəkət edə bilməzsiniz" - deyə, Bayden jurnalistlərə, kompleksdəki doqquz obyekti məhv edən və ən azı bir milis üzvünü öldürən hava hücumu barədə sualın cavabında bildirib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14