SON XƏBƏRLƏR

İraqın Bəsrə şəhərində etirazçılar Xomeyninin posterlərinə od vurublar - FOTO və VİDEO

2021.10.20, 07:36
İraqın Bəsrə şəhərində etirazçılar Xomeyninin posterlərinə od vurublar - FOTO və VİDEO

Gunaz.tv

GünAzTV: İyulun 15-i axşam saatlarında İraqın cənubunda yerləşən Bəsrə şəhərində əhalinin ağır iqtisadi durumuna, yoxsulluq və işsizliyə, eləcə də İranın İraqın daxili işlərinə qarışmasına etiraz bildirən aksiyaçılar, islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin şəkil və posterlərinə od vurublar.

 

İrana qarşı şüarlar səsləndirən dinc etirazçılar, həmçinin sosial şəbəkələrdə, o cümlədən də “Twitter”də yazı və şəkillər paylaşaraq, İranın təsiri altında fəaliyyət göstərən və rəsmi Tehranın İraqa nüfuzuna şərait yaradan partiyalara xəbərdarlıq edərək bildiriblər ki, Xomeyni şəkillərinin yandırılması İraqın İrana bağlı partiyalarına bir xəbərdarlıq mesajıdır və onlar İraqı İran rejiminə satan hər bir kəsə od vuracaqlar.

 

Etirazçılar həmçinin hökumət qüvvələri ilə qarşı-qarşıya gələrək İranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.

 

 

Qeyd edək ki, son günlər İraqın cənubi şəhərlərində, hökumətin korrupsiyaya qurşanmasına, ölkədə baş alıb gedən yoxsulluq və işsizliyə, əhalinin güzəranının çətinliyinə və İranın İraqın daxili işlərinə qarışmasına qarşı etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilib. Etirazlarda ən azı 5 aksiyaçı İraq təhlükəsizlik qüvvələri ilə qarşıdurmada həlak olub, onlarla insan bədən xəsarəti alıb. Etirazlarda hökumət qüvvələri tərəfindən tutulan çoxlu insan həbs edilib.

 

VİDEO:

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar