SON XƏBƏRLƏR

İraqlı deputatlar: “Etirazçıları öldürən İrana bağlı snayperlərdir”- FOTO

2021.10.20, 07:36
İraqlı deputatlar: “Etirazçıları öldürən İrana bağlı snayperlərdir”- FOTO

Gunaz.tv

GünAz TV: İraq parlamentinin iki deputatı nümayişlər zamanı etirazçılara atəş açanların İrana bağlı muzdur snayperlərin olduğunu deyib.

 

Deputatlardan biri Əhməd Əl-Cəburi bildirib ki, etirazçıların ölümünə görə birbaşa “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani məsuliyyət daşıyır.

 

Əhməd Əl-Cəburi

 

Deputat qeyd edib ki, əlində olan sübutlara əsasən, Süleymani Hacı Hamed adlı muzdurunun köməyilə Bağdadda etirazçılar və onların rəhbərlərinə qarşı terror hücumları hazırlamaq istiqamətində əməliyyat qərargahı yaradıb. Bununla da Hacı Hamedin başçılığı ilə bir qrup snayperə nümayişçiləri öldürməklə bağlı göstəriş verib.

 

Digər millət vəkili Faiq Əl-Şeyx Əli isə bildirib ki, İran İraq xalqını qətlə yetirir.

 

Faiq Əl-Şeyx Əli

 

“İran bizi qətlə yetirir. Bu, heç kimə sirr deyil. Tehranın imam cüməsi də açıq-aşkar bəyan edib ki, iraqlı etirazçılar Amerikanın əlaltıları olduqlarına görə, onları öldürün”- deyə millət vəkili əlavə edib.

 

Faiq Əl-Şeyx Əli sonda etirazçıları öldürənlərin İraqın təhlükəsizlik qüvvələri deyil, İranın muzdur snayperləri olduğunu vurğulayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar