SON XƏBƏRLƏR

İraqlı etirazçılar yenidən İranın Nəcəfdəki konsulluğunu yandırıb

2021.10.20, 07:36
İraqlı etirazçılar yenidən İranın Nəcəfdəki konsulluğunu yandırıb

Gunaz.tv

GünAz TV: İraqlı etirazçılar 1 həftə ərzində 2-ci dəfə İranın Nəcəfdə yerləşən konsulluğuna od vurublar.

 

Bu barədə xəbəri ilkin olaraq ötən gecə “Reuters” agentliyi hadisə şahidlərinə istinadən yayıb.

 

Daha sonra “Sepah” terror təşkilatına məxsus “Fars” xəbər agentliyi də iraqlı rəsmilərə istinadən məsələni təsdiqləyib və yanğınsöndürənlərin güclü alovu söndürməyə çalışdıqlarını bildirib.

 

Xatırladaq ki, iraqlı etirazçılar cari Nəcəfdəki konsulluğu ilk dəfə noyabrın 27-si axşam saatlarında yandırmışdılar. Həmin hadisə zamanı İraq təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 24 iraqlı həyatını itirmişdi.

 

Bundan öncə iraqlı etirazçılar İranın Kərbalada fəaliyyət göstərən konsulluğuna da od vurmuşdular.

 

Təqribən 2 aydır ki, İraqda Adil Əbdülmehdi hökumətinə qarşı xalq etirazları keçirilir. İraq xalqı nümayişlər zamanı İraqın ölkələrinə müdaxilələrinin dayandırılmasını da tələb edir və Əli Xamneyinin bu ölkənin bəzi nöqtələrində asılmış plakatlarını yandırır.

 

Bu günə qədər yüzlərlə insanın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölümündən sənra Adil Əbdülmehdi nəhayət ki, noyabrın 29-da istefa verib və ötən gün Parlament onun istefasını qəbul edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar