SON XƏBƏRLƏR

İrəc Hərirçi: “Biz koronavirusla yaşamağa öyrəşməliyik”

2021.10.20, 07:36
 İrəc Hərirçi: “Biz koronavirusla yaşamağa öyrəşməliyik”

Gunaz.tv

GünazTV: İran səhiyyə nazirinin müavini İrəc Hərirçi aprelin 17-də jurnalistlərə açıqlamasında Fars əyalətində koronavirusun yayılmasının yenidən sürətlənməsindən danışıb.

 

O bildirib ki, xəstəliyə yoluxma hallarının cüzi artmasına baxmayaraq, Fars əyalətində digər əyalətlərlə müqayisədə koronavirusa yoluxanlar arasında ölüm hallarının sayı aşağı həddədir: “Covid-19” pandemiyasına yoluxanların sayı da digər əyalətlərlə müqayisədə azdır. Hesab edirik ki, xəstəliyi tam nəzarətdə saxlamaq üçün insanlar öz səyahətlərini məhdudlaşdırmalı, qiqiyena qaydalarına və ictimai məsafə saxlama prinsipinə tam riayət etməlidirlər.

 

Nə qədər ki, bir şəhərdə və ya bir ölkədə virus var, ona qarşı mübarizə də davam etdirilməlidir. Bu xəstəliyin vaksini tapılana kimi, biz koronavirusla yaşamağa öyrəşməliyik” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin bildirdiyinə görə, aprelin 17-nə qədər İranda koronavirusdan ölənlərin sayı 4958 nəfərə, virusa yoluxanların sayı isə 79494  nəfərə yüksəlib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar