İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”

2020-07-15 13:11

İran səhiyyə nazirinin müavini İrəc Hərirçi iyulun 14-də Həmədan əyalətinə səfərində jurnalistlərə açıqlamasında ölkədə, o cümlədən də Həmədanda sürətlə yayılmaqda olan koronavirusla bağlı vəziyyətdən danışıb.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, İranda gün ərzində vəfat edənlərin beşdə birini “Covid-19” infeksiyasına yoluxanlar təşkil edir: “Ölkədə hər gün orta hesabla 1050 nəfər müxtəlif səbəblərə görə dünyasını dəyişir və həmin şəxslərin 200-dən çoxu koronavirusa yoluxanlardır. Ölənlərin əksəriyyətini isə yaşlı insanlar təşkil edir.


Həmçinin koronavirusa yoluxma hallarının 41 %-i ailəvi yığıncaqların keçirilməsi, 51 %-i isə xəstəliyi çöldən evin içinə gətirən ailə üzvlərinin gigiyena qaydalarına riayət etməməsi ilə əlaqədardır. Xəstəliyin yayılmasına səbəb olan digər amil isə toy və yas mərasimlərinin keçirilməsi və qoyulan qadağalara riayət olunmamasıdır.


Həmədan əyalətində koronavirus pandemiyası ilə bağlı vəziyyətə gəlincə, hazırda bu əyalətdə “Covid-19” infeksiyasına yoluxanların yarısı evdar qadınlardır. Bunun əsas səbəbi isə, evdar qadınların öz aralarında keçirdiyi qonaqlıq və yığıncaqlara qatılmasıdır. 


Bundan başqa, Həmədan əyalətində “Covid-19” infeksiyasına qarşı mübarizə aparan və tibbi personaldan olan 446 nəfər koronavirusa yoluxub. Bu isə ciddi narahatlığa səbəb olur” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib. 


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17

gun az article

İran dəniz sərhədçisi qaçaqmalçılarla qarşıdurmada həlak olub

2020-10-17

gun az article

Gilanda koronavirusa yoluxan daha 80 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-17