SON XƏBƏRLƏR

İrəc Hərirçi: “İranda hər saatda 3 nəfər koronavirusdan ölür, 43 nəfər isə virusa yoluxur”

2021.10.20, 07:36
İrəc Hərirçi: “İranda hər saatda 3 nəfər koronavirusdan ölür, 43 nəfər isə virusa yoluxur”

Gunaz.tv

GünazTV: Martın 18-də Qərbi Azərbaycan əyalətinə səfər edən İran səhiyyə nazirinin müavini İrəc Hərirçi jurnalistlərə açıqlamasında ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyətdən danışıb.

 

Ölkə vətəndaşlarını virusdan qorunmaq üçün lazımsız səfərlərə çıxmaqdan və izdihamlı yerlərə getməkdən çəkinməyə çağıran İrəc Hərirçi deyib ki, ölkədə koronavirus qurbanlarının sayının gündən-günə artması ciddi nigaranlığa səbəb olub: “Təəssüflər olsun ki, hazırda hər saatda ən azı 3 nəfər koronavirusdan ölür, 43 nəfər isə virusa yoluxur. Bu isə son dərəcə nigaranlığa səbəb olan bir statistikadır.

 

Hazırda virusa yoluxmanın əsas səbəblərindən biri insanların həkimlərin tövsiyələrinə fikir verməməsi və izdihamlı yerlərdə hərəkət etməsidir. Məhz buna görə də hesab edirəm ki, əgər insanlar virusa yoluxmaq istəmirlərsə, həkimlərin tövsiyələrinə diqqətlə yanaşmalı, daha çox evdə oturmalı, və gifiyena qaydalarına əməl etməlidirlər” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi martın 18-də bəyanat yayaraq, ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.

 

 

Nazirlik, ölkədə koronavirusa yoluxanların sayının 17361 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1135 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan ediləndən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar