SON XƏBƏRLƏR

İrəvan polis mühasirəsində

2021.10.20, 07:36
İrəvan polis mühasirəsində

Gunaz.tv
İrəvan polis mühasirəsində irevan-polis.jpg Ermənistan paytaxtının mərkəzi hissəsi polis tərəfindən mühasirəyə alınıb. Lent.az-ın məlumatına görə, polisin gücləndirilmiş iş rejiminə keçirilməsi müxalifətin paytaxtda aksiya keçirmək niyyəti ilə bağlıdır. Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrin verdiyi məlumata görə, paytaxtın mərkəzində ciddi məhdudiyyətlər tətbiq edilib: “İçində 4 nəfərdən artıq adam olan nəqliyyat vasitələri mərkəzə buraxılmır. Şəhərdəki ictimai nəqliyyatın işi də məhdudlaşdırılıb”. Xxatırladaq ki, Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət bu gün İrəvanın mərkəzində mitinq keçirməyə hazırlaşır. Lakin şəhər meriyası Azadlıq meydanında mitinq keçirilməsinə icazə verməyərək, müxalifətə “Razdan” və ya “Dinamo” stadionlarından birinin qarşısını seçməyi təklif edib. Müxalifət liderləri isə aksiyanın bütün hallarda şəhərin mərkəzində keçiriləcəyini bildirirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar