SON XƏBƏRLƏR

Tarixi Şah Abbas karvansarası ümumdünya əsərlər siyahısına salınacaq

2021.10.20, 07:36
Tarixi Şah Abbas karvansarası ümumdünya əsərlər siyahısına salınacaq

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Nadir Fəllahi açıqlama verib. 

N.Fəllahi tarixi abidə ilə bağlı lazim olan sənədlərin toplanılaraq UNESCO-a göndərildiyini bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda UNESCO nümayəndələri abidəni dəyərləndirmək üçün bölgəyə səfər edəcək. 

“UNESCO-nun nümayəndələri Misir və Türkiyədəki abidələrə baxış keçirdikdən sonra Ərdəbilə səfər edib və möhtəşəm tarixi Sayın karvansarasını ziyarət edəcəklər”-deyə, Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı bildirib.

Nadir Fəllahi adı çəkilən karvansaranın Ərdəbil əyalətinin ən önəmli abidələrindən biri, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmış ikinci abidə olduğunu söyləyib.

“Karvansara Səfəvilər dövründə İpək Yolu üzərində Avropadan-Çinə gedən ticarət karvanlarının təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malik olub.

Bu əhəmiyyəti nəzərə alaraq UNESKO tərəfindən qeydiyyata alınması üçün təklif olunub”-deyə, Fəllahi abidənin ümumdünya mədəni irs siyahısına salınacağına əmin olduğunu açıqlayıb.

Qeyd edək ki, “Sayın” karvansarayı Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir.

Abidə 1983-cü ildə 1653 qeydiyyan nömrəsi ilə İranın mədəni is siyahısına salınıb. 

Qeyd edək ki, bu günə qədər Ərdəbil əyalətində olan çox saylı tarixi əsərlərdən 1200 əsər rəsmi olaraq qeydiyyata alınıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar