SON XƏBƏRLƏR

Kirmanşahda məhkum edam edilib

2022.06.24, 06:34
Kirmanşahda məhkum edam edilib

Gunaz.tv

İran İnsdan Haqları Təşkilatının yaydığı məlumata görə, Kirmanşah zindanında daha bir məhkum dar ağacından asılaraq edam edilib.

30 yaşlı Fərdin Kələhuyinin 3 il bundan öncə qətldə ittiham olunduğu bildirilir.

Adı çəkilən məhkumun edamə barədə İran mediası və məhkəmə sistemi rəsmiıləri məlumat verməyiblər.

Qeyd edək ki, bir sıra hallarda edam olunan məhkumların ailələrinə məsələni ictimailəşdirməmələri ilə bağlı basqılar göstərildiyi üçün edam barədə xəbər vaxtında yayılmır.

Bu edamlara və hökumətin barəsində rəsmi  məlumat vermədiyi edam hallarına hüquq müdafiəçiləri gizli edam adı veriblər və buna görədə ölkədə icra edilən edam sayının rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar