İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17 23:21

“Gürcüstanda baş verən insident tamamilə məişət zəminində olan bir hadisədir. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”.

Gunaz.tv Quote | Gunaz article

Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Gürcüstan və Azərbaycan arasında həmişə dostluq münasibətləri, gürcülər və azərbaycanlılar arasında xoş münasibətlər olub: “Burada heç bir etnik amildən söhbət gedə bilməz. Bu insident tamamilə məişət zəminində baş verib. 

Gürcüstan hüquq-mühafizə orqanları artıq məsələni araşdırır, günahkarlar cəzalandırılacaq. Bu gün Dmanisiyə gedən Gürcüstan hüquq-mühafizə orqanlarının rəhbərləri də azərbaycanlılarla gürcülərin qardaş olduğunu, iki xalqın əsrlər boyu bir yerdə yaşadığını, hadisəyə etnik münaqişə donu geydirilməsinin yolverilməzliyini bəyan etdilər. O da vurğulandı ki, qanun pozuntusuna yol verən hər kəs qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaq”.

A. Nağıyev hesab edir ki, Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlığı və tərəfdaşlığı istəməyənlər bu hadisəni millətlərarası münaqişə kimi qələmə verməyə çalışırlar: “Ancaq bütün bu cəhdlər əbəsdir”.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələni diqqətdə saxlayır, hüquq-mühafizə orqanları ilə lazımi əməkdaşlıq edilir: “Xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. 

Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Gürcüstanda yaşayan azərbaycanlılar da baş verən insidentə təmkinlə yanaşmalı, təxribatlara uymamalıdır”.

Qeyd edək ki, mayın 16-da Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12