SON XƏBƏRLƏR

İsfahan prokuroru: “Qadınların ictimai yerlərdə velosiped sürməsi haramdır”

2021.10.20, 07:36
İsfahan prokuroru: “Qadınların ictimai yerlərdə velosiped sürməsi haramdır”

Gunaz.tv

GünazTV: İsfahan prokuroru Əli İsfəhani mayın 14-də jurnalistlərə açıqlamasında velosiped sürən qadınlara qarşı yeni məhdudiyyətlər qoyulmasından danışıb.

 

O bildirib ki, velosiped sürmək qadağasına riayət etməyən qadınlar məsuliyyətə cəlb ediləcək: “Din alimlərinin verdiyi fətvaya görə qadınların ictimai yerlərdə velosiped sürməsi haramdır. Hüquq-mühafizə qüvvələrinə göstəriş verilib ki, şəhərdə velosiped sürən qadınlar görsələr, ilk dəfə onlara yumşaq şəkildə xəbərdarlıq etsinlər və onların şəxsiyyətini təsdiq edən sənəd  (kimlik vərəqəsi) tələb etsinlər. Şəxsiyyət vəsiqələri olmadığı təqdirdə isə onların velosipedlərini müsadirə etsinlər.

 

Göstərişə əsasən, polis tərəfindən xəbərdarlıq almış velosiped sürən qadınlar ikinci və üçüncü dəfə bu haram əməllərini təkrar etdikləri təqdirdə, onlar islam cəza qanununa əsasən məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdırlar” –deyə İsfahan prokuroru Əli İsfəhani bildirib.

 

Prokuror, velosped sürən qadınlara veriləcək cəzanın detallarını açıqlamayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara cürbəcür məhdudiyyətlər və qadağalar tətbiq edilir. Qadınlar, stadionlara buraxılmır, ictimai yerlərdə velosiped sürə bimir, yayın istisində baş örtüyünü aça bilmir, çimərliklərdə çimə bilmir və bu kimi digər uzun-uzadı qadağa və məhdudiyyətlərə məruz qalırlar.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar