SON XƏBƏRLƏR

İsfahanın millət vəkilləri Urmu gölünün canlandırılmasından nigarandır

2021.10.20, 07:36
İsfahanın millət vəkilləri Urmu gölünün canlandırılmasından nigarandır

Gunaz.tv

GünAz TV: Urmu gölünün canlandırılması üçün xaricdən maliyyə vəsaitinin cəlb olunması planının gündəmə gəlməsi İsfahanın millət vəkillərinin etirazına səbəb olub.

 

Bu barədə İsfahanın yerli xəbər agentliyi “İmna”ya  danışan İsfahan Əyaləti Deputatlar Birliyinin rəisi Rza Musəvi bildirib ki, “isfahanlılar bu məsələdən narahatdır. Əgər Zayəndərud üçün də xaricdən maliyyə vəsaiti cəlb olunmasa, İsfahanın millət vəkilləri kütləvi şəkildə istefa verəcək.”

 

Urmu gölünün canlandırılmasını İsfahanın mənafeyinə zidd kimi görən Rza Musəvi millət vəkillərinin etirazını bununla izah edib ki, “Həsən Ruhani son 5 il ərzində isfahanlılara bir çox vəd verib. Zayəndərud üçün də konkret bir layihənin olması vacib məsələdir.”

 

Millət vəkilinin sözlərinə görə, artıq İsfahanın bütün millət vəkilləri Həsən Ruhaniyə birgə məktub yazaraq ondan seçkiqabağı Zayəndərudla bağlı verdiyi vədi yerinə yetirməyi tələb ediblər. Onlar həmçinin Urmu Gölünü Canlandırma Mərkəzi kimi Zayəndərud və “Qav xuni” gölməçəsi üçün də bir işçi qrupunun yaradılmasını tələb ediblər.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari yanvarın 25-də Urmu gölünün canlandırılması ilə bağlı xarici yatırımçılarla müzakirələr aparıldığını bildirmişdir. Ölkə prezidenti Həsən Ruhani isə gölün bərpası üçün 3 milyard dollar dəyərində xarici maliyyə vəsaitindən istifadə olunması ilə bağlı təklifə razılıq verib.

 

Urmu gölünün bərpası məsələsi o halda isfahanlı millət vəkillərini qəzəbləndirib ki, bu günə qədər gölün bərpası ilə bağlı hər hansı bir əməli tədbir görülməyib, göldə vəziyyət ötən illərə nisbətən daha da gərgindir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar