SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Amerikanın sanksiyalar tətbiq etməsində məqsəd, İran iqtisadiyyatını çökdürməkdir”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Amerikanın sanksiyalar tətbiq etməsində məqsəd, İran iqtisadiyyatını çökdürməkdir”

Gunaz.tv

GünAzTV: İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, dekabrın 16-da Tehranda keçirilən bir tədbirdə çıxış edərək, Amerika və digər Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalardan və İranın buna münasibətindən danışıb.

 

Cahangiri bildirib ki, Amerikanın İrana qarşı qoyduğu sanksiyalar, əsasən ölkə iqtisadiyyatını hədəfə alıb: “Hazırda Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində ölkə iqtisadiyyatının müəyyən sektorları hədəfə alınaraq, müəyyən çətinliklərlə üzləşib. Aydın məsələdir ki, Amerikanın sanksiyalar tətbiq etməsində əsas məqsəd, İran iqtisadiyyatını çökdürməkdir. Daha doğrusu amerikalılar millətimizi sıxıntıda saxlamaqla, onları hakimiyyətə qarşı etirazlara sövq elətdirmək istəyirlər.

 

Qərb ölkələri bizim ixracatımızın həcmini azaltmağa çalışırlar. Onlar bu hədəflərində qismən müvəffəq də ola biliblər. Lakin bizim ölkə və onun iqtisadiyyatı qoyulan bütün qadağalara baxmayaraq, göstərilən bütün təzyiqlər qarşısında dayanaraq müqavimət göstərib, bundan sonra da göstərəcək”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar