İshaq Cahangiri: “Sel ölkəyə fayda gətirib, buna görə gərək Allaha şükür edək”

2019-04-02 16:30

GünAz TV: İran prezidentinin müavini İshaq Cahangiri ölkədə cərəyan edən əlverişsiz hava şəraiti və daşqınlara münasibət bildirib.

 

O, hazırda ölkənin yarısından çoxunu cənginə alan seli “Allahın neməti” adlandırıb və bildirib ki, “sel ölkəyə fayda gətirib, buna görə gərək Allaha şükür edək”.

 

Cahangiri həmçinin zərərçəkənləri narahat olmamağa çağırıb və “dövlətin vətəndaşlara kompensasiya verəcəyi”ni bildirib.

 

İran prezidentinin müavini selin ölkəyə gətirdiyi “faydalar”ın nədən ibarət olduğunu deməyib.

 

Qeyd etmək lazımdır ki, öncəki illərdə İranın müxtəlif bölgələrində baş verən zəlzələ və sel kimi təbii fəlakətlərdən sonra da İran rəsmiləri xalqa kompensasiya ödəniləcəyi barədə söz vermişdilər. Lakin sonrakı illərdə bu kompensasiyalar ödənməmişdi.

 

Aprelin 1-də İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi də hazırda ölkədə baş verən təbii fəlakətlərə qəribə reaksiya vermişdi. O, seli “İran rəsmilərinin xalqa yardım etməkdə müvəffəq olduqlarını göstərən ilahi fürsət” kimi dəyərləndirmişdi.

 

Xatırladaq  ki, mart ayının sonlarına doğru İranda yağan leysan yağışları daşqınlara səbəb olub. Ölkənin əksər bölgələrində həyat iflic olub. Bu günə qədər olan rəsmi məlumatlara əsasən, sel nəticəsində ölənlərin sayı 42 nəfərdir. Yaralananların sayının isə minlərlə olduğu deyilir. Digər tərəfdən, selin səbəb olduğu iqtisadi zərərlərin həcmi də milyardlarla dollar civarında ölçülür. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

2021-01-26

gun az article

Azərbaycanda son sutkada 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

2021-01-26

gun az article

İran rəsmisi: “Biz, Co Baydenin ilk diplomatik addımını gözləyirik”

2021-01-26

gun az article

İranda koronavirusdan daha 79 nəfər vəfat edib, 6 420 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-26

gun az article

İranda “Signal” sosial şəbəkəsinə süzgəc qoyulub

2021-01-26

gun az article

İranda daha bir gənc güləşçi edam edilib

2021-01-26

gun az article

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev

2021-01-26

gun az article

Şuşada Şəhidlər Xiyabanı...

2021-01-26

gun az article

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

2021-01-26

gun az article

Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək

2021-01-26

gun az article

GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25

gun az article

Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

2021-01-25

gun az article

Səid Xətibzadə Zərifin Azərbaycana səfərindən danışıb

2021-01-25

gun az article

İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25

gun az article

İranda koronavirusdan daha 98 nəfər ölüb, 6 309 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-25

gun az article

Jan İv Le Drian: “İran nüvə silahına yiyələnmək ərəfəsindədir”

2021-01-25

gun az article

Ayk Xaçikyan: "Qarabağda 6 min erməni hərbçi ölüb"

2021-01-25

gun az article

Füzulinin Aşağı Aybasanlı kəndi - VİDEO

2021-01-25

gun az article

Zərif Bakıya gəldi - “İran Azərbaycan ərazilərinin azadlığına sevinir”

2021-01-25

gun az article

Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

2021-01-25