SON XƏBƏRLƏR

İŞİD-in yeni rəhbərinin adı açıqlanıb: Hacı Abdullah əl-Afari

2021.10.20, 07:36
İŞİD-in yeni rəhbərinin adı açıqlanıb: Hacı Abdullah əl-Afari

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin Suriyada İŞİD lideri Əbubəkir əl-Bağdadi və onun yaxın tərəfdaşı Əbu əl-Həsən əl-Muhaciri zərərsizləşdirməsindən sonra qruplaşma öz yeni rəhbərini seçib.

 

Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub. Məlumatı “CNNTurk” yayıb.

 

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatda 8 helikopter iştirak edib.

 

ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də Ağ evdə verdiyi açıqlamaya əsasən, Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.  

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar