SON XƏBƏRLƏR

İŞİD lideri Amerikanın Suriyadakı hərbi bazasında saxlanılır

2021.10.20, 07:36
İŞİD lideri Amerikanın Suriyadakı hərbi bazasında saxlanılır

Gunaz.tv

GünAz TV: İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Amerika Birləşmiş Ştatlarının (ABŞ)  Suriyadakı hərbi bazalarından birində saxlanılır.

 

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

 

Bildirilir ki, Bağdadi İraqda ABŞ hərbçiləri tərəfindən ələ keçirilərək öncə Ras əl-Ain-dəki hərbi bazada saxlanılıb, ordan isə Suriyaya aparılıb.

 

Qeyd edək ki, iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin aviazərbə nəticəsində məhv edildiyini bəyan etmişdi. ABŞ tərəfi isə öz növbəsində Əl Bağdadinin ölmədiyini iddia etmişdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar