SON XƏBƏRLƏR

“İşıq” dərgisinin nəşrinə başlanılır – Güney Azərbaycanda

2021.10.20, 07:36
“İşıq” dərgisinin nəşrinə başlanılır – Güney Azərbaycanda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda türk dilində yayımlanacaq ikiaylıq “İşıq” dərgisinin nəşr olunmasına icazə verilib.

 

Dərginin nəşrinə İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat Şöbəsi lisenziya verib.

 

“İşıq” dərgisinin saytında yayılan məlumata görə, ictimai-mədəni dərginin rəhbəri və icraçı direktoru Rövşən Noruzidir. Dərginin nəşrinə hicri-şəmsi təqvimi ilə 1397-ci ilin ikinci ayından başlanılacaq.

 

Yeni nəşriyyə Güney Azərbaycan Əyalətləri və İran coğrafiyasında yerləşən digər türk bölgələrinin xəbərlərini işıqlandıracaq.

 

“İşıq” dərgisi ilə maraqlanan şəxslər dərginin saytına müraciət edib, nəzərdə tutulan anketi dolduraraq nəşriyyəyə abunə ola bilərlər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar