SON XƏBƏRLƏR

İslahatçıların Urmu gölü və Güney Azərbaycana etdikləri xəyanət haqda SƏNƏD

2021.10.20, 07:36
İslahatçıların Urmu gölü və Güney Azərbaycana etdikləri xəyanət haqda SƏNƏD

Gunaz.tv

GünAz TV: İranda sözdə islahatçı adlanan siyasi düşərgənin Güney Azərbaycanın xüsusi əhəmmiyət kəsb edən problemlərinə laqeyd yanaşdığı barədə daha bir sənəd üzə çıxıb.

 

Məlumata görə, 14 il əvvəl dövrün sözdə islahatçı prezidenti Məhəmməd Xatəminin hakimiyyəti zamanı ona Urmu gölü böhranı haqda xəbərdarlıq edilib, lakin problemlə bağlı heç bir önləyici tədbir alınmayıb.

 

Bu barədə hazırda Urmu Gölünü Canlandırma Mərkəzinin katibi olan İsa Kəlantəri, ozaman isə müşaviri olduğu M.Xatəmiyə məktub ünvanlayaraq Urmu gölündə gözlənilən böhran haqda məlumat verib. Təəssüflər olsun ki, onun xəbərdarlığı prezident tərəfindən təmami ilə  gözardı edilərək heç bir dəyişikliyə səbəb olmayıb.

 

Prezidentə göndərilən məktub

 

Bu göstərir ki, İranda islahatçı və mühafizəkar adlanan düşərgələr Azərbaycan məsələsinə gəlincə eyni mövqedən çıxşış edirlər, onların mövqeyi hətta ətraf mühitlə bağlı olan məsələlərdə belə haçalanmır.

 

Qeyd edək ki, Məhəmməd Xatəmi dövründən böhran içində olduğu məlum olan Urmu gölü artıq son nəfəslərini çəkir. Çoxlarının islahatçı kimi təqdim etdiyi hazırkı prezident Həsən Ruhani dönəmində də gölün canlandırılması ilə bağlı heç bir iş görülməyib. Bu o halda baş verir ki, H.Ruhani 2013-cü ildə prezident seçkiləri zamanı azərbaycanlılara Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin təsis edilməsi haqda vəd vermişdir. Lakin üstündən təxminən 5 il keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib.

Urmu gölü böhranın rejim tərəfindən gözardı edilməsi azərbaycanlıların reaksiyasını bir neçə dəfə üsyan həddinə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar