SON XƏBƏRLƏR

İslam hakimiyətinin qurucuları tərəfidən REFERENDUM çağırışı

2021.10.20, 07:36
İslam hakimiyətinin qurucuları tərəfidən REFERENDUM çağırışı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi iyulun 19-da islahat tərəfdarı olan Mübariz Ruhanilər Birliyinin yüksək rütbəli nümayəndələri ilə görüşərək ölkədə 12 iyun prezident seçkisi sonrası baş verən olayları müzakirə edib. qurumun yüksək rütbəli nüfuzlu ruhaniləri, o cümlədən Məhəmməd Musəvi Xoeyniha, Əli Əkbər Möhtəşəmipur, Məcid Ənsari, Mehdi İmami Camarani və Məhəmməd Musəvi Bocnurdi ilə keçirilən görüşdə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin iyulun 17-də Tehran cümə namazındakı çıxışına dəstək verilib. M.Xatəmi ilə Mübariz Ruhanilər Birliyinin nümayəndələri birgə bəyanat yayaraq iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz bildirən vətəndaşların etimadıın qaytarmaq üçün ölkədə referendum keçirilməsini tələb ediblər. Bəyanatda deyilir: “Son seçkidə ən azı milyonlarla vətəndaşın etimadına xələl gəlib. Biz hesab edirik ki, hazırkı böhran və çıxılmaz vəziyyətdən qurtarmağın yeganə yolu seçkinin nəticələri ilə bağlı referendumdur. Bu referendum tam azad şəkildə keçirilməli, ona prezident seçkisinə nəzarət edən qüvvələr yox, bitərəf qurumlar nəzarət etməlidir. Referendumda vətəndaşlara “Siz seçkinin nəticələrindən razısınız, yoxsa yox” sualı ünvanlanmalıdır”.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar