“Dislokasiya yerləri dəqiqləşdirilir, isteriyaya əsas yoxdur” –XİN Qarabağla bağlı açıqlama yaydı

25.03.2022, 16:24

“Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir”. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur. Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır. 

Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi 

riyakarlığından başqa bir şey deyildir. Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir. İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır”, – məlumatda deyilir. (azpost)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

2022-08-10

gun az article

“Özümüz” proqramında müzakirə: “Səfəvi imperiyası: təriqətdən şəriətə” -VİDEO

2022-08-10

gun az article

Güneyli məhbus barədə yeni cinayət işi açılıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

2022-08-10

gun az article

Həmədanda qaz borusu partlayıb-Ölən və yaralananlar var

2022-08-10

gun az article

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022-08-09

gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09

gun az article

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022-08-09

gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08

gun az article

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022-08-08

gun az article

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022-08-08

gun az article

Azadlıq səsi: “Güney Azərbaycan azadlıq hərəkatının terror təşkilatlarına mövqeyi”-VİDEO

2022-08-08

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “İranın Quzey Azərbaycanı qarışdırma siyasəti”- VİDEO

2022-08-08