SON XƏBƏRLƏR

İsmayıl Bəxşi və Sepide Qəliyan ağır həbs cəzalarına məhkum ediliblər

2021.10.20, 07:36
İsmayıl Bəxşi və Sepide Qəliyan ağır həbs cəzalarına məhkum ediliblər

Gunaz.tv

GünAz TV: İran məhkəməsi "Həft Təpə" şəkər qamışı zavodunun işçilərinin nümayəndəsi İsmayıl Bəxşi, işçisi Məhəmməd Xəniffər, eləcə də işçi fəal Sepide Qəliyana qarşı ağır hökm oxuyub.

 

Hökmə əsasən İsmayıl Bəxşi 14 il, Sepide Qəliyan 19 il 6 ay, Məhəmməd Xəniffər isə 6 il həbs cəzasına məhkum edilib.

 

Bundan başqa, digər hökmlə jurnlistlər Əmirhüseyn Məhəmmədifərd, Sanaz Allahyari, Əsəl Məhəmmədi və Əmir Əmirqulu hər biri 18 il həbsə məhkum edilib.

 

"Həft Təpə" şəkər qamışı zavodunun işçilərinin vəkili Fərzanə Zilabi bildirib ki, rejimə bağlı media orqanlarında işçilər barəsində anti-təbliğat maşınının işə salınması, onların aksiyasının siyasiləşdirilməsi üçün tələşların göstərilməsi və digər bu hallara görə, məhkəmənin bu cür ədalətsiz və ağır qərarlar çıxarması onun üçün gözlənilməz olmayıb.

 

"Həft Təpə" şəkər qamışı zavodunun həmkərlar ittifaqı isə hökmlərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu zalım hökmlər öz haqqını tələb edən fəhlələr və onlara dəstək olanların haqq səsini batırmaq üçün çıxarılıb.

 

"İranda kapitalist dəstəkçiləri bununla da insanlar arasında daha çox qorxu və xof yaradıb, haqqını tələb edənlərin səsini anında kəsməyə qərar veriblər"- deyə həmkarlar ittifaqı vurğulayıb.

 

Məsələyə Milli Məclisdən də münasibət bildirilib. Deputat Pərvanə Sələhşuri işçi, eləcə də qadın haqları fəalları və jurnalistlərə qarşı çıxarılmış ağır hökmlərə verdiyi reaksiyada qeyd edib ki, bu, İbrahim rəisinin öz sələflərində də qəddar olduğunun bariz nümunəsidir. 

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar