SON XƏBƏRLƏR

İspaniyanın xarici işlər naziri: “Suriya üçün iki seçənək var”

2021.10.20, 07:36
İspaniyanın xarici işlər naziri: “Suriya üçün iki seçənək var”

Gunaz.tv

GünAz TV: Suriyada gərginlik davam edir.

Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi 4-cü elitar (elite) briqada (tip) və Suriya ordusunun 7000 əsgərinin iştirakıyla müxalifətçilərin mərkəzi sayılan Homs şəhərində keçirilən iriçaplı əməliyyatın birinci mərhələsi başa çatıb. Etirazçıların “Reuters”ə danışan yüksək rütbəli komandiri (fərmandehi) Mohaymen əl-Rumaid bildirib ki, Mahir Əsədin əmrindəki əsgərlər Homsun Baba-Əmr rayonunda (şəhər, məntəqə) üsyançıların mövqelərini mühasirəyə alıblar. Üsyançılar hökumət qüvvələrinə müqavimət göstərir. Müxalifət Bəşər Əsədə sadiq qüvvələrin hələ Homsun mərkəzinədək irəliləyə bilmədiyini xəbər verib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo dövlət televiziyasına açıqlamasında Suriya üçün iki variantın (seçənək) olduğunu söyləyib. Bunlardan biri Bəşər Əsəd rejiminə qarşı sanksiyaları (təhrimləri) artırmaqdır. İkincisi isə hərbi müdaxilədir. Marqallo Suriya probleminin həlli üçün yalnız iki variantın qaldığını söyləyib: “Bəşər Əsədi istefaya məcbur etmək üçün ya sanksiyalar sərtləşdirilməlidir, ya da Suriyaya hərbi müdaxilə olmalıdır”. Bu arada, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Insan Haqları Şurası Suriyadakı hadisələrlə bağlı qətnamə qəbul edib. Türkiyə və ərəb ölkələrinin hazırladığı qətnamədə Suriya hakimiyyətinin dinc etirazçılara qarşı zorakılıqları pislənilir. Qətnamədə Bəşər Əsəd rejimindən ölkədəki böhranı aradan qaldırmaq üçün konkret (açıq, müşəxxəs) qərarlar vermək, dinc etirazçılara və sakinlərə qarşı zorakılıqları dərhal dayandırmaq tələb olunur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar