SON XƏBƏRLƏR

İsrail Amerikanın körfəzdə yaratdığı koalisiyaya qoşulur

2021.10.20, 07:36
İsrail Amerikanın körfəzdə yaratdığı koalisiyaya qoşulur

Gunaz.tv

GünAz TV: İsrail Amerikanın rəhbərliyi altında körfəzdə İranın regional təhdidləriylə mübarizə istiqamətində yaradılan koalisiyaya qoşulacağını bəyan edib.

 

İsrail mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Yisrael Katz parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin iclasında bəyan edib. O bildirib ki, kəşfiyyat məlumatları göstərir ki, körfəzdə İran tərəfindən beynəlxalq gəmiçiliyə qarşı yeni təhdidlər mövcuddur və buna görə də, İsrail koalisiyada aktiv rol oynamaq üçün bir müddət öncədən amerikalı rəsmilərlə danışıqlara başlayıb.

 

XİN rəhbəri artıq bununla bağlı lazımi prosedurları başlatmaq üçün rəhbərlik etdiyi quruma göstəriş verdiyini qeyd edib.

 

Xatırladaq ki, İranın BƏƏ yaxınlığında və Oman dənizində gəmilərə etdiyi hücumdan, eləcə də Britaniyaya məxsus gəmini saxlamasından sonra körfəzdə gərginlik artıb. ABŞ körfəzdə və Hörmüz boğazında gəmilərin maneəsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi üçün beynəlxalq ictimaiyyətə koalisiya qurmaqla bağlı təklif edib.

 

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu günə qədər sözügedən koalisiyaya qoşulmaq üçün 60 ölkəyə təklif irəli sürüldüyünü deyib. Mühüm Avropa ölkələri içərisində hələlik Britaniya bu təklifə müsbət cavab verib. Almaniya isə koalisiyaya qoşulmayacağını bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar