SON XƏBƏRLƏR

İsrail hərbi kəşfiyyat rəisi: “İranın İraqda artan təsiri böyük təhdiddir”

2021.10.20, 07:36
İsrail hərbi kəşfiyyat rəisi: “İranın İraqda artan təsiri böyük təhdiddir”

Gunaz.tv

GünAz TV: İsrail Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Tamir Heiman Təl-Əvivdə keçirdiyi mətbuat konfransında İranın İraqda artan təsirini böyük təhdid adlandırıb.

 

O, bildirib ki, İranın İraqda artan təsiri İsrailə qarşı böyük təhdid ola bilər və Tehran bu ölkədən Tel-Avivə hücum etmək üçün istifadə edə bilər. Onun sözlərinə görə, İran Suriyada olduğu kimi, İraqdan da İsrailə təcavüz etmək üçün platforma kimi istifadə edə bilər.

 

İsrailin narahatlığı İranın həm də İraqda müxtəlif ekstremist şiə yaraqlılarına göstərdiyi hərbi və maddi yardımlardan qaynaqlanır. “Reuters” agentliyi bu yaxınlarda Qərb və İran mənbələrinə istinadən rəsmi Tehranın  2018-ci ilin avqust ayında İraqda fəaliyyət göstərən İrana bağlı şiə yaraqlılarına yaxın mənzilli raketlər verdiyini bildirmişdi.

 

Tamir Heiman həmçinin bildirib ki, Bəşər Əsədin Suriyada İran, Rusiya və Hizbullahın köməyi ilə hakimiyyətdə qalması, eləcə də Amerika ordusunun bu ölkədən çıxması 2019-cu ildə regionda müxtəlif dəyişikliklər və hadisələrin baş verməsinə səbəb ola bilər və İsrail onları yaxından izləyəcək. O, həmçinin İranın rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların poza bilməməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.

 

Qeyd edək ki, İran “SEPAH”ın Qüds Briqadası vasitəsi ilə İraq ərazisində öz nüfuz dairəsini genişləndirməyə çalışır. Tehran bu ölkədə fəaliyyət göstərən şiə yaraqlılarına hər il böyük miqdarda maddi və hərbi yardım göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar