SON XƏBƏRLƏR

İsrail İrana zərbə endirə bilər.Təhlükəsizlik sahəsi üzrə məşhur ekspert Con Bolton bu qənaətə gəlib

2021.10.20, 07:36
İsrail İrana zərbə endirə bilər.Təhlükəsizlik sahəsi üzrə məşhur ekspert Con Bolton bu qənaətə gəlib

Gunaz.tv
İsrail İrana zərbə endirə bilər Təhlükəsizlik sahəsi üzrə məşhur ekspert Con Bolton bu qənaətə gəlib "İsrail ABŞ-dakı prezident seçkilərindən sonra İrana zərbə endirə bilər və bu, son dərəcə dramatik hadisə olacaq. Amerikanın təhlükəsizlik sahəsi üzrə məşhur eksperti Con Bolton belə hesab edir. "Məncə, əgər bu baş versə, noyabra qədər deyil, ABŞ prezidentinin inauqurasiyasına qədər baş verəcək" - deyə keçmişdə dövlət katibinin müavini və ABŞ-ın BMT-dəki səfiri olan, hazırda isə Respublikaçılar Partiyasının "Amerikan enterprayz instityut" mərkəzində çalışan C.Bolton "İnterfaks" agentliyinə müsahibəsində bildirib. O bildirib ki, bu, son dərəcə dramatik hadisə olacaq: "Mən hərbi qüvvənin tətbiqilə bağlı İsrailin hansı qərar qəbul etdiyini bilmirəm. Lakin əgər İsrail İrana münasibətdə güc tətbiqini seçsə, o bunu ABŞ-dakı prezident seçkilərinə qədər etməyəcək". Onun sözlərinə görə, israillilər ABŞ-dakı prezident seçkilərinə təsir edəcək heç nə etmək istəmirlər. "Aydındır ki, onlar artıq kimin növbəti prezident olacağını biləcəklər. Lakin israillilər prezident Buş Ağ evdə olduğu müddətdə özlərini daha təhlükəsiz hiss edəcəklər. Ona görə mənim nəzərdən keçirdiyim "pəncərə" bu fikirlərə əsaslanır. Lakin mənim nöqteyi-nəzərim İsraildə artıq qərarın qəbul edilməsi demək deyil" - deyə C. Bolton bildirib. Politoloq hazırda İranın nüvə silahı yaratmaq imkanının olduğuna şübhə edib: "Lakin onlar artıq 20 ildir ki, belə bir imkanın olması üzərində çalışırlar və buna çox yaxınlaşıblar. İran rəhbərliyinin axirətdəki həyatın dünyadakından daha yaxşı olduğunu düşündüyünü nəzərə alsaq, onlar üçün heç bir saxlayıcı amil yoxdur. Bir yerə yönəldilmiş cavab zərbəsi təhlükəsi onun nəticələrini yalnız alqışlayacaq insanlar üçün heç nədir". Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar