SON XƏBƏRLƏR

İsrail prezidenti: “İranla hərbi münaqişə yaranarsa, İsrail mütləq qalib gələcək”

2021.10.20, 07:36
İsrail prezidenti: “İranla hərbi münaqişə yaranarsa, İsrail mütləq qalib gələcək”

Gunaz.tv

GünAz TV: İsrail İranla hərbi münaqişəyə can atmır, lakin belə bir vəziyyət yaranarsa, İsrail mütləq qələbə qazanacaq.

 

Gün.Az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, sözügedən qələbə ilə bağlı əminliyini İsrail Dövlətinin prezidenti Şimon Peres bəyan edib.

“İsrail müharibənin dəhşətlərini görüb”, - deyə o, bazar günü Amerika-İsrail ictimai münasibətlərinə həsr olunmuş illik konfransda çıxış edərkən bildirib.

 

“İsrail müharibəyə can atmır. Hər zaman sülhə üstünlük veririk, ancaq döyüşmək lazım gələrsə, qələbə qazanacağımıza şübhəniz olmasın”.

Peresin sözlərinə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsraili eyni məqsəd - İranın nüvə silahına malik olmasına yol verməmək cəhdləri birləşdirir və bu məsələ ilə bağlı iki ölkə arasında heç bir fikir ayrılığı mövcud deyil.

“İsmarışımız kifayət qədər aydındır: İran nüvə silahına malik olmayacaq. İranı dayandırmaq lazımdır və onu dayandıracaqlar”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar