SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriyada “Sepah”ın hərbi bazalarını və onun kamikadze PUA-lar qərargahını bombardman edib

2021.10.20, 07:36
İsrail qırıcıları Suriyada “Sepah”ın hərbi bazalarını və onun kamikadze PUA-lar qərargahını bombardman edib

Gunaz.tv

GünazTV: Avqustun 24-ü gecə saatlarında İsrail qırıcıları Suriya paytaxtının ətrafında yerləşən “Sepah”ın xarici əməliyyatlarını həyata keçirən “Qüds” qüvvələrinin hərbi bazalarını, eləcə də “Sepah”a məxsus kamikadze PUA-lar (pilotsuz uçan aparatlar) qərargahını bombardman edib.

 

Bu barədə İsrail ordusunun sözçüsü Ronen Manelis ötən şənbə günü mediaya açıqlama verib. O deyib ki, raket və hava zərbələri nəticəsində “Sepah”ın “Qüds” qanadı qüvvələrindən bir neçə nəfər yerindəcə öldürülüb, bir neçə “Sepah”çı isə ağır yaralanıb: “İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının ölkəmizə qarşı planlaşdırdığı hücumun qarşısını almaq üçün Dəməşqin cənubunda yerləşən Əqrəba kəndində bir sıra hərbi mövqelərə hücum ediblər. Belə ki,  Sepah”ın “Qüds” qanadının qüvvələri bir neçə kamikadze PUA-nı ölkəmizə qarşı hücuma hazırlayarkən qırıcılarımızın hədəfinə çevrilərək məhv edilib” –deyə İsrail ordusunun sözçüsü Ronen Manelis əlavə edib.

 

İsrail ordusunun sözçüsü Ronen Manelis

 

İsrailin baş naziri Benyamin Netanyahu avqustun 24-də “Twitter” səhifəsində yazdığı kiçik bir statusda məsələyə münasibət bildirib. İsrail qırıcılarının “Sepah” qüvvələrinə qarşı hava hücumunu “geniş əməliyyat” adlandıran Netanyahu deyib ki, bu hücumlar, “Sepah”ın “Qüds” qanadının və onun dəstəklədiyi şiə qruplaşmaların İsrailə qarşı hücum planının qarşısını almaq üçün həyata keçirilib.  

 

İsrailin baş naziri Benyamin Netanyahu

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində, o cümlədən də Dəməşqin ətraf məntəqələrində yerləşən “Sepah”ın hərbi bazalarına yüzlərlə hava zərbəsi endirib. Hava hücumları nəticəsində onlarla “Sepah”çı məhv edilib, bir çoxu isə ağır yaralanıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar