SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriyanın Homs şəhərində hava limanını bombalayıb

2021.10.20, 07:36
İsrail qırıcıları Suriyanın Homs şəhərində hava limanını bombalayıb

Gunaz.tv

GünAz TV: İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar ötən gecə Suriyanın Homs şəhərində yerləşən hava limanını bombalayıb.

 

Bu barədə məlumat yayan Suriyanın Dövlət Televiziyası İsrail HHQ-nin hədəfinin bölgədə yerləşən Suriya ordusunun bazası olduğunu iddia edib. Lakin televiziya həmin baza və onun harda yerləşdiyi barədə ətraflı məlumat verməyib. İsrail qırıcıları hücumu Livan hava məkanını istifadə etməklə həyata keçiriblər.

 

Britaniyada yerləşən Suriya İnsan Haqlarına Nəzarət Qrupu isə yaydığı məlumatda İsrail qırıcılarının Homs şəhərində yerləşən Şəyrat hava limanına 8 raket atdığını bildirib. Həmin hava limanında Suriya ordusunun bazası yerləşir.

 

Hücum nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, İsrail son illər ərzində İranın Suriyada və İraqda yerləşən mövqelərinə qarşı onlarla hücum həyata keçirib. Nəticədə, çoxlu sayda "sepahçı" və İrana bağlı yaraqlı həlak olub. Ötən gecəki hücumun da İran qüvvələrinə qarşı həyata keçirildiyi istisna edilmir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar