SON XƏBƏRLƏR

İsrail rəsmisindən şok açıqlama: İrana hücumdan başqa yol qalmadı, ərəb ölkələri bizi dəstəkləyir

2021.10.20, 07:36
İsrail rəsmisindən şok açıqlama: İrana hücumdan başqa yol qalmadı, ərəb ölkələri bizi dəstəkləyir

Gunaz.tv
GünAzTv: İsrailin İrana qarşı hərbi əməliyyatlara qərar vermək üzrə olduğuna dair hər gün yeni xəbərlər gəlir. Artıq İsrail hökumətinin rəsmiləri də hərbi əməliyyatların qaçılmaz olduğu haqda açıq danışmaqdan çəkinmirlər. Ötən gün İsrail hökumətinin üzvü, inkişaf üzrə nazir müavini Ayub Kara bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlara başlamaqdan başqa yol qalmayıb. Nazir müavini deyib ki, aparılan məxfi danışıqlar nəticəsində bir sıra ərəb və müsəlman ölkələrinin İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarına dəstək təmin olunub. Bu ölkələrin arasında hətta İsraili rəsmən tanımayanlar da var. “Söhbət bizə göndərilən məxfi mesajlardan gedir, onlar deyirlər ki, İrana qarşı istənilən əməliyyatları dəstəkləyəcəklər. Müsəlman ölkələrinin çoxu İranın nüvə fəaliyyətlərindən narahatdır və bunu özlərinə qarşı təhlükə hesab edirlər”, deyə Kara bildirib. Nazir müavini detallar açıqlamasa da deyib ki, İrana qarşı koalisiyanın çevrəsi xeyli geniş olacaq. Onun fikrincə, ABŞ da əməliyyatların gedişində İsrailə dəstək verməkdən başqa yol qalmayacağına qərar verəcək. Likud Partiyasından olan nazir müavini deyib ki, müsəlman ölkələri İrana qarşı hərbi əməliyyatlara dəstək verməyə hazır olduqları barədə baş nazir Benyamin Netanyahuya mesaj göndəriblər. “Hazırda İrana qarşı hərbi vasitələrlə hərəkət etməkdən başqa yol qalmayıb, başqa alternativ sadəcə olaraq yoxdur”, deyə o bildirib.Xəbərlərə görə, hazırda bu qənaəti İsrail rəhbərliyində əksəriyyəti bölüşür. Lakin ABŞ rəhbərliyinin çoxsaylı təmaslarından sonra yəhudi dövləti İrana müdaxilə qərarı üçün 2-3 ay gözləməyə razı olub. Bu müddətdə İranı nüvə fəaliyyətlərini dondurmağa məcbur edə biləcək sərt sanksiyalar tətbiq olunmasa, o zaman İsrail hərbi yola əl atacaq. Yəhudi rəhbərliyi nəzərə alır ki, əgər İrana qarşı müharibəyə başlasa, o zaman hadisələrin nəzarət altından çıxmasına imkan verməmək və Tehranın Birləşmiş Ştatların Yaxın Şərqdəki müttəfiqlərini təhlükə altında qoymamaq üçün Vaşinqton da işə qarışmalı olacaq. Elə amerikalı hərbi strateqlərin də hesablamalarına görə, əgər müharibəni İsrail başlasa onu yekunlaşdırmaq üçün ABŞ-ın müdaxiləsi tələb olunacaq. Hazırda Vaşinqton Rusiya və Çini İrana qarşı BMT Təhlükəsizlik Şurasından yeni sanksiyaların tətbiqinə razı salmağa çalışır. Lakin bu ölkələr sərt sanksiyalara qarşıdır və İranın “ehtiyatlı şəkildə” cəzalandırılmasını istəyir. Yaxın həftələr ərzində bu məsələdə anlaşma əldə olunmasa, o zaman vəziyyət kritik ölçülərdə gərginləşəcək.Lakin İran da boş dayanmır və mümkün hərbi müdaxilə təhlükəsinə qarşı öz potensialını gücləndirir. Elan olunub ki, İran radarlardan yayınmaq imkanında olan “Nəsr-1" ballistik raketlərinin kütləvi istehsalına başlayıb. İranın müdafiə naziri general Əhməd Vahidi bildirib ki, bu raket çəkisi min tona qədər olan hədəfləri darmadağın edə bilir. Onun sözlərinə görə, raketin radarlara yaxalanmaması üçün iranlı mütəxəssislər onun üzərində iki ildən çox çalışıblar. Vahidi yaxın günlərdə İran hərbi sənayesinin yeni uğurları haqda da məlumatlar veriləcəyini deyib. Bu arada Amerika mətbuatı İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların nə dərəcədə qeyri-effektiv olması, bu sanksiyaları hətta Vaşinqtonun özünün pozması barədə araşdırma dərc edib. “New York Times” qəzetinin yazdığına görə, federal hökumət ABŞ şirkətlərinə İranda iş qurduqları dövrlər üçün müqavilə ödəmələri və digər imtiyazlar çərçivəsində 107 milyard dollar ödəyib. Bu məbləğdə ABŞ-ın sanksiyalarına baxmayaraq İranda neft-qaz layihələrinə cəlb edilən şirkətlərə ödənilən 15 milyard dollar da yer alır. Bildirilir ki, ödəmələr həm Buş , həm Obama administrasiyası dövründə edilib. Bununla da ABŞ administrasiyası yerli və xarici şirkətlərə İranla iş qurmaq məsələsində ziddiyyətli mesajlar vermiş olub. Qəzet yazır ki, bu pullardan bir hissəsi dolayısı ilə İran ordusuna sərf edilib. Çünki İranın İnqilab Keşikçiləri Korpusunun büdcəsi böyük ölçüdə neft-qaz pulları hesabına maliyyələşdirilir. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar