SON XƏBƏRLƏR

İsrail “Sepah”ın Suriyadakı hərbi mövqelərinə yenidən raket zərbələri endirib

2021.10.20, 07:36
İsrail “Sepah”ın Suriyadakı hərbi mövqelərinə yenidən raket zərbələri endirib

Gunaz.tv

GünAzTV: İsrail qırıcıları Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi mövqelərinə yenidən hava zərbələri endirib.  Bu barədə, İsrail ordusu yanvarın 20-dən 21-nə keçən gecə bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Suriyadan İsrailin nəzarətində olan Qolan yüksəkliklərinə bir raket buraxılmasına cavab olaraq,  İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının, eləcə də Livan “Hizbullah”ının Suriyadakı hərbi mövqelərini raket atəşinə tutub. Bildirilir ki, bir saat davam edən hava hücumlarında, “Sepah” və “Hizbullah” qüvvələrinin Dəməşqin ətrafında yerləşən silah anbarlarına çoxlu sayda raket zərbələri endirilib.

 

Raket hücumunda “Sepah”ın “Qüds” qanadı qüvvələrinin və “Hizbullah” çıların mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb. Suriya tərəfi isə, İsrail qırıcılarının atdığı raketlərin çoxunu səmada məhv etdiyini bildirir.

 

“Sepah” və “Hizbullah” qüvvələrinə qarşı hava hücumundan az sonra İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib ki, onun hökuməti ölkəsinə qarşı hər hansı bir xarici təcavüz və təhdidə kəskin reaksiya verəcək: “Bizim sabit bir siyasətimiz var: Suriyada İranın hərbi bazalarına hücum etmək və bizə ziyan vurmağa çalışan hər bir kəsə zərbə vurmaq. Biz bu siyasətimizi davam etdirəcəyik”.

 

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları, “Sepah”ın Dəməşq və Suriyanın digər bölgələrindəki hərbi mövqelərini və onların silah anbarlarını onlarca dəfə bombardman edib. Hava hücumları nəticəsində onlarla “Sepah” muzdlusu məhv edilib.

 

İsrailin Qolan yüksəkliklərindəki tankları

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar