İsraildə Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-mitinq təşkil olunub

2020-08-10 16:15

İsrailin Təl-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-mitinq təşkil olunub.

Gunaz.tv Quote | Gunaz article

AZƏRTAC xəbər verir ki, “İsraildə Azərbaycan Evi”nin təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox Azərbaycan kökənli soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.


Yürüş-mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!" və sair şüarlar səsləndirilib.


Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.


Bəyanatda bildirilib ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun əlaqələndirmə şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itkilər veriblər.


Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər: “Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq”.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

2020-09-19

gun az article

“TikTok” və “WeChat” Amerikada qadağan olunur – Trampdan yeni qərar

2020-09-19

gun az article

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

2020-09-19

gun az article

Navalnının köməkçisi “zəhərin otel otağında su şüşəsində tapıldığını” açıqlayıb

2020-09-18

gun az article

Yunanlar Türkiyə sərhəddində xaç inşa etdilər

2020-09-18

gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16

gun az article

İsrail BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalanıb

2020-09-16

gun az article

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

2020-09-16

gun az article

ÜST-dən məktəblərlə bağlı açıqlama – “Son çarə olmalıdır”

2020-09-16

gun az article

Aİ: Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq

2020-09-15

gun az article

Aleksey Navalnı zəhərləndikdən sonra ilk dəfə foto paylaşıb- FOTO

2020-09-15

gun az article

Azərbaycanda daha 114 nəfər COVID-19-a yoluxub

2020-09-15

gun az article

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib- FOTO

2020-09-15

gun az article

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək

2020-09-15

gun az article

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2020-09-15

gun az article

Amerikanın qərbindəki meşə yanğınları zamanı ölənlərin sayı 33-ə çatıb

2020-09-14

gun az article

Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə çatıb

2020-09-12

gun az article

Bəhreyn İsraillə sülh müqaviləsi imzalayacaq

2020-09-12