İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03 13:51

​​​​​​​Avqustun 5-də İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. İran parlamentində keçiriləcək andiçmə mərasimində 73 ölkədən qonaqların iştirakı gözlənilir.

Gunaz.tv Quote | Gunaz article

Bu arada İsrailin Xarici İşlər Nazirliyi andiçmə mərasimi ilə bağlı Avropa ölkələrinin də rəhbərlərinə müraciət edib. Nazirliyin yaydığı bəyanatda 1988 -ci ildə kütləvi edamlarda əli olan “Ölüm Heyətin”in üzv olmuş İbrahim Rəisi “Tehran qəssabı” adlandırılır.

Qeyd edək ki, Avropa Birliyi İbrahim Rəisininin andiçmə mərasiminə öz yüksək diplomatını rəsmi nümayəndə kimi göndərəcəyi gözlənilir. Rəsmi Təl-Əviv bunu  “utancverici” adlandırıb və AB-ni bu iştirakı tezliklə ləğv etməyə çağırıb.

Bəyanatda İbrahim Rəisinin andiçmə mərasiminin keçirilməsinin ”çaşdırıcı” addım olduğu vurğulanır.

“Biz Avropa Birliyinə israrla tövsiyə edirik ki, "Tehran qəssabı"nın andiçmə mərasimində iştirakını tezliklə ləğv etsin. İranın yeni dövlət başçısının əlləri minlərlə İran vətəndaşının qanına bulaşıb. 
Avropa Birliyinin bu mərasimə qatılması İranın hücumlarına və molla rejiminin təcavüzkar siyasətinə legitimlik qazandırır. Qəddar və diktator rejimlərə yaltaqlıq və baş əymə, onları daha da amansız davranmağa təşviq edir”-deyə, bəyanatda bildirilir.

Xatırladaq ki, Avropa Birliyinin xarici siyasət qurumu rəhbərinin siyasi məsələlər üzrə müavini Enrike Moranın İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün avqustun 5-də İrana səfəri planlaşdırılıb.

İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Avropa Birliyi öz nümayəndəsini bu mərasimə göndərməklə bağlı qərarı İranın Ərəb dənizində 1 Britaniya və 1 Rumıniya vətəndaşının öldürülməsi ilə nəticələnən “Merser Street” gəmisinə hücumundan bir neçə gün sonra verib.

Demokratiyanı Müdafiə Mərkəzinin rəhbəri  Mark Dobovits də Avropa Birliyinin nümayəndəsi Enrike Moranın İbrahim Rəisinin andiçmə mərasiminə qatılmasına dair qərarına belə reaksiya verib:

“Rəisi kütləvi qırğın edən və dünya sülhünə qarşı təhlükə olan birisdir. Bu səfər, Avropa Birliyinin qanunvericiləri üçün yeni bir baş aşağılığıdır”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə ordusu PKK terrorçularını məhv edib

2021-09-19

gun az article

MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"

2021-09-19

gun az article

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

2021-09-19

gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18