SON XƏBƏRLƏR

İsraildən İrana xəbərdarlıq: “Suriya sizin Vyetnamınız olacaq”

2021.10.20, 07:36
İsraildən İrana xəbərdarlıq: “Suriya sizin Vyetnamınız olacaq”

Gunaz.tv

GünAz TV: İsrailin Müdafiə naziri Naftali Bennet ötən gün İrana Suriyada hərbi fəaliyyətlərini davam etdirməsi ilə əlaqəli xəbərdarlıq edib.

 

O bildirib ki, İranın İsrailin sərhədləri ətrafında möhkəmlənməyə çalışması və rəsmi Tel-Əvivin bunun qarşısında müdafiə mövqeyindən hücum mövqeyinə keçməsi heç kimə sirr deyil.

 

İsrailin Müdafiə naziri eyni zamanda qeyd edib ki, rəsmi Tehranın bütün çabaları uğursuzluğa düçar olacaq və Suriya “İranın Vyetnamı olacaq”.

 

Xatırladaq ki, Naftali Bennetin bu çıxışından bir gün öncə İrana bağlı yaraqlıların Suriya- İraq sərhəddində yerləşən mövqeləri ağır bombardımana məruz qalmışdı. Hücumun İsrail ordusu tərəfindən həyata keçirildiyi düşünülür.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar