SON XƏBƏRLƏR

İsrailin Dəməşqin yaxınlığındakı iki hərbi bazaya raket hücumunda 8-i “Sepah”çı olmaqla ən azı 15 nəfər həlak olub

2021.10.20, 07:36
İsrailin Dəməşqin yaxınlığındakı iki hərbi bazaya raket hücumunda 8-i “Sepah”çı olmaqla ən azı 15 nəfər həlak olub

Gunaz.tv

GünAzTV: Mayın 9-u axşam saatlarında İsrailin Suriya paytaxtı Dəməşqin yaxınlığındakı Əl-Kisvə məntəqəsində yerləşən “Xəlxələ” və “Bəlli” hərbi bazalarına qarşı həyata keçirdiyi raket hücumunda 8-i “Sepah” muzdluları olmaqla ən azı 15 nəfər həlak olub. Bu barədə Suriyanın müstəqil mənbələri məlumat yayıb.

 

İsrailin Suriyanın iki hərbi bazasına raket hücumu, “Sepah”ın “Qüds” qanadı qüvvələrinin həmin gün axşam saat 21:10 radələrində Colan yüksəkliklərini və İsrailin sərhədyanı hərbi bazalarını raket atəşinə tutmasından az sonra həyata keçirilib. İsrail ordusunun bildirdiyinə görə, “Sepah”ın Suriyadakı “Qüds” qanadının qüvvələri, bu ölkənin Colan yüksəkliklərindəki hərbi mövqelərinə ən azı 20 raket atıblar. “Sepah” raketlərinin çoxunun səmada məhv edildiyi bildirilir.

 

İsrail ordusunun sözçüsü jurnalistlərə açıqlamasında bildirib ki, bu ölkə, “Sepah”ın İsrail ərazilərini raket atəşinə tutmasına cavab olaraq İranın Suriyadakı hərbi mövqelərinə zərbələr endirib.

 

İsrail hücumunda öldürülən “Sepah”çıların adları hələlik bəlli deyil.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar