SON XƏBƏRLƏR

İsrailin maliyyə naziri Fələstinin baş naziri ilə görüşüb

2021.10.20, 07:36
İsrailin maliyyə naziri Fələstinin baş naziri ilə görüşüb

Gunaz.tv

GünAz TV: İsrailin maliyyə naziri Moşe Kaxlon Fələstin hökumətinin başçısı Rami Həmdalla ilə görüşüb.

 

APA-nın məlumatına görə, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.

 

“Bu gün Rəmallahda Fələstinin baş naziri ilə görüşdüm”, M.Kaxlon yazıb.

 

Nazir fələstinliləri İsraillə sülh danışıqlarını bərpa etməyə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vasitəçiliyini rədd etməməyə çağırıb.

 

Qeyd edək ki, İsrail və Fələstin arasında sülh danışıqları dörd il əvvəl dayandırılıb.

 

Ötən ilin dekabrında Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşdən və rəsmi Vaşinqtonun vasitəçiliyindən imtina edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar