SON XƏBƏRLƏR

İsrailin nümayəndəsi TŞ-ya müraciət etdi: “İranın nüvə təhdidinə qarşı tədbir görün”

2021.10.20, 07:36
İsrailin nümayəndəsi TŞ-ya müraciət etdi: “İranın nüvə təhdidinə qarşı tədbir görün”

Gunaz.tv

GünAz TV: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Dani Danon Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək, onlardan İranın nüvə təhdidlərinə qarşı zəruri addımlar atmalarını istəyib.

 

Məktubda qeyd edilir ki, İran yanvar və fevral aylarında fəzaya peyk göndərməyə cəhd göstərib. Bu isə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozan hal hesab edilir.

 

Xatırladaq ki, İranın fəzaya peyk göndərməklə bağlı qeyd edilən hər iki cəhdi uğursuzluqla nəticələnmişdi.

 

Bu cəhdlərdən sonra beynəlxalq ictimaiyyət İranın aerokosmik fəaliyyəti ilə bağlı öz narahatlığını ifadə etmişdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo İranın kosmosa peyk göndərməyə çalışmasını Avropa və Yaxın Şərq ölkələri üçün böyük təhlükə adlandırmışdı.

 

İranla 5+1 ölkələri arasında nüvə razılaşmasından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2231 saylı qətnamənin müddəalarına əsasən, rəsmi Tehran nüvə başlıq daşıya bilən ballistik raket istehsal edə və sınaqdan keçirə bilməz.

 

İsrailin BMT-dəki nümayəndəsi həmçinin qeyd edib ki, İran 2231 saylı qətnaməni pozan bu cür addımlar atmaqla əslində beynəlxalq ictimaiyyətin rəylərini gözardına vurur. Buna görə də Təhlükəsizlik Şurasına üzv ölkələr rəsmi Tehranın bu təhdidləri qarşısında qəti addım atmalıdırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar