SON XƏBƏRLƏR

İsrailin Suriyada həyata keçirdiyi hava zərbələri nəticəsində 38 “Sepah”çı öldürülüb

2021.10.20, 07:36
İsrailin Suriyada həyata keçirdiyi hava zərbələri nəticəsində 38 “Sepah”çı öldürülüb

Gunaz.tv

GünAzTV: İsrail qırıcılarının və bu ölkənin hərbi pilotsuz təyyarələrinin Suriyada həyata keçirdiyi hava zərbələrində 38-i “Sepah”çı olmaqla 95 nəfər həlak olub. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə iyunun 17-də Suriyanın şərqində, “Əlbu-Kamal” və “Əl-Tənəf” məntəqələrinin cənub-şərqində yerləşən “Əl-Horri” bölgəsində baş verib. Bildirilir ki, hava hücumunda ən azı 95 nəfər həlak olub, onlarla insan həlak olub. Hücumlarda öldürülənlərdən 38-i “Sepah”çılardır.

 

Hadisədən az sonra, adının açıqlanmasını istəməyən bir Amerika rəsmisi CNN teleanalına açıqlamasında, Suriyanın hərbi mövqelərinə hücumların İsrail qırıcıları tərəfindən həyata keçirdiyini bəyan edib.

 

Rəsmi Tel-Əviv və Tehran, bu barədə yayılan məlumatlara hər hansı bir reaksiya verməkdən çəkinib.

 

 

Qeyd edək ki, son aylar, İsrail qırıcılarının Suriyada İranın 50-dən çox hərbi mövqeyinə qarşı həyata keçirdiyi hava hücumlarında onlarla “Sepah”çı həlak olub. İranın Suriyada hərbi mövcudluğuna qarşı çıxan İsrail dəfələrlə bildirib ki, İranın, o cümlədən də “Sepah”ın Suriyada hərbi mövqelərini möhkəmləndirməsinə icazə verməyəcək və bu ölkənin istənilən yerində onları hədəfə alacaq.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar