SON XƏBƏRLƏR

İsrailli ekspert: "Hazırda Ermənistana məxsus silahlar Əl-Qaidə, PKK kimi bir çox terror şəbəkələr tərəfindən istifadə edilir"

2021.10.20, 07:36
İsrailli ekspert: "Hazırda Ermənistana məxsus silahlar Əl-Qaidə, PKK kimi bir çox terror şəbəkələr tərəfindən istifadə edilir"

Gunaz.tv

GünAz TV :İsraildə fəaliyyət göstərən Avropa Nüvə və Siyasi Araşdırmalar Mərkəzinin analitiki Robert Düryancın Milli.Az xəbər portalına müsahibəsi...

"Azərbaycanda islamafobiyanın inkişafı və ya islam dövlətinin qurulması mümkün deyil"

- Bu gün İran siyasətçiləri, dini rəhbərliyi Azərbaycanın daxili işinə qarışaraq, iki ölkənin münasibətlərinə xələl gətirməkdədirlər. Hətta İsraildən hansısa siyasətçi Azərbaycana səfər etdikdə, İran mediası, siyasətçiləri hücuma keçirlər. Sizcə, İran bununla nəyə nail olmaq istəyir?

- Azərbaycan inkişaf etməkdə olan bir dövlətdir. Bunu İran siyasətçiləri görməyə bilməzlər. Boş yerə düşmənçilik etməyin yeri yoxdur və bu, olmamalıdır da. Bu gün İsrail güclü elmi texnologiya malik bir dövlətdir. Azərbaycanda elmi texnologiyanın inkişaf etməsində, İsrail texnologiyası böyük təsir edə bilər. İran, bu, baxımından Azərbaycanın strateji önəmini görür və üstəlik də, Amerika ilə əlaqələrinin inkişaf etməsi İranın maraqlarına cavab vermir. Tehran buna qarşı olaraq, Ermənistanla əlaqələrin qurulmasında çalışır. Gələcəkdə hansı proseslər baş verə bilər, bunun üçün bir müddət prosesləri izləmək lazımdır.

Azərbaycanda islamafobiyanın geniş inkişaf etməsi mümkün deyil. Konkret olaraq, Azərbaycanda islam dövlətinin qurulması mümkünsüzdür, xalq bunu qəbul etməz. Azərbaycanda müasir dövlətçilik sistemi vardır. Azərbaycan xalqı dini dövlət işlərindən çoxdan ayırıb. Cəmiyyət demokratik, dünyəvi dəyərlərə üstünlük verir.

 

 

"Ermənistan... odla oynayır"

 

 

- İran-Ermənistan əlaqələrinin inkişafı, İsrail tərəfindən necə qarşılanır?

 

- İsrail siyasətçiləri bu əlaqələrdən çəkinmirlər. Demək olar ki, erməni iqtisadiyyatı yəhudilərin əlindədir, buna nə İran, nə də başqa dövlət təsir edə bilməz. Amma İranın Ermənistana yönəlik siyasəti, Azərbaycan və Türkiyə tərəfindən yaxşı qarşılanmayan siyasətdir. Bu əlaqələr daimi gərginliklə müşahidə olunacaq. Bu isə İranın əleyhinə, İsrailin isə lehinə olacaq.

 

"Azərbaycan ehtiyatlı olmalı, heç zaman başqa dövlətlərin qruplaşmalarına girməməlidir"

 

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini necə görürsünüz və Ermənistanın işğalçılıq siyasəti ona nə qazandıracaq?

 

- Bölgədə cərəyan edən hadisələri təhlil etdikdə ortaya belə cavab çıxır ki, bəli, bu gün Dağlıq Qarabağ problemi Rusiyanın və Türkiyənin dəstəyi ilə həll oluna bilər. Bu bölgədə aktiv güc Rusiya və Türkiyədir. Bunu Abxaziya, Gürcüstan olayları da təsdiqlədi. Artıq Birləşmiş Millətlər Təşkilatının əvvəl kimi, aktivliyi yoxdur və İsrail ilə bağlı son gəmi olayları bir daha göstərdi ki, rəsmi Təl-Əviv BMT-nin (sazmane meləle mottəhed) qərarını belə tanımadı.

Azərbaycan ehtiyatlı olmalı, heç bir zaman başqa dövlətlərin qruplaşmalarına girməməlidir. Ermənistana gəlincə onu deyim ki, bu ölkə odla oynayır. Avropaya, Amerikaya güvənib, bölgənin önəmli güçlərinə, türklərə qarşı çıxıb, düşmənçilik etmək yanlış siyasətdir. Hətta açıq şəkildə deyərdim ki, bu siyasət İsraildən baxanda axmaqcasına görünür. Qısa müddət ərzində Ermənistan tarazılıq siyasəti qurmalı və türklərə qarşı düşmənçilik etməkdən əl  çəkməlidir.

 

- Maraqlıdır Amerika hökümətinə bəllidir ki, Ermənistan üzərindən İrana silahlar ötürülüb, həmin silahlar vasitəsilə İraqda, Əfqanıstanda xidmət edən amerika əsgərləri öldürülüb. Nə üçün, Amerika Ermənistanı cəzalandırmaq üçün hansısa sanksiya tətbiq etmir?

 

- Bu gün elə məsələlər var ki, Amerika burada müstəqil olaraq qərar verə bilmir. Bu məsələdə Ermənistana qarşı sanksiya (təhrim = yaptırım) tətbiq etsin. Bəlli güc mərkəzləri var və Amerikada yəhudi lobbisi kimi, erməni lobbisi fəaliyyət göstərir. Bu da Ermənistana qarşı hansısa bir sanksiyanın tətbiq olunmasına imkan vermir. Erməni silahları Əl-Qaidə, PKK  kimi bir çox terror şəbəkələr tərəfindən istifadə edilir. Bu faktdır. Əgər, Amerika Birləşmiş Ştatları siyasi vəziyyəti düzgün dəyərləndirirsə, geçikmədən Ermənistana sanksiya tətbiq etməlidir.

 

- Hazırda dünya mediasında ən çox müzakirə olunan məsələlərdən biri də, 2012-ci ildə İran-Amerika savaşının baş vermə ehtimalını irəli sürürlər. Ümumiyyətlə, bölgədə müharibə ehtimalı nə qədər realdır?

 

- Bu, müharibə mümkün deyil. Sadəcə olaraq, iki ölkə arasında münasibətlərin gərginləşməsi, silah satışları uğrunda gedən gərginliyin nəticəsidir. İranda avropa dövlətlərinin böyük yatırımları var və bu amil savaşın baş verməsinin mümkünsüz edir. Milli.Az. Elnur Eltürk

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar