İsrailli nazir: “Amerika heç vaxt İrana qarşı hücuma keçməyəcək, biz təkbaşına hərəkətə keçməliyik”

2021-02-03 14:18

İsrailin şəhərciksalma naziri Tzachi Hanegbi fevralın 2-də “KAN” telekanalına müsahibəsində İranın nüvə proqramının təhlükəli bir həddə çatmasından və ölkəsinin İrana qarşı gözlənilən hücumundan danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın son günlər “Nətənz” və “Fordu” nüvə təsisatlarında daha inkişaf etmiş yeni sentrifuqalar işə saldığını bildirən Tzachi Hanegbi deyib ki, İsrailin İranın nüvə silahına yəyələnməsinin qarşısını almaq üçün bu ölkəyə hücumdan başqa yolu qalmayıb: “İsrail üçün tam aydın məsələdir ki, Amerika heç vaxt İran İslam Respublikasına qarşı hücuma keçməyəcək. Elə buna görə də hesab edirəm ki, biz artıq özümüz təkbaşına hərəkətə keçməliyik. 


Düşünürəm ki, artıq İsrail İranın nüvə silahına yiyələnməsi ilə barışmaq istəyib-istəməməsi barədə qərar verməlidir. Mən isə hesab edirəm ki, İsrailin bu təhlükəni aradan qaldırmaq üçün təkbaşına hərəkətə keçməkdən başqa çıxış yolu olmayacaq. Ümid edirəm ki, İsrail rəhbərləri nüvə silahına malik bir İranı qəbul etməyəcəklər”, -deyə İsrailin şəhərciksalma naziri Tzachi Hanegbi “KAN” telekanalına müsahibəsində bildirib. 


Xatırladaq ki, İsrailin müdafiə naziri Beni Qantsa fevralın 1-də Misirin “Əlqəd” (Alghad TV) telekanalına müsahibəsində İranın nüvə proqramından və ölkəsinin Tehranın atom silahına yiyələnməsinə imkan verməyəcəyindən danışıb.

Бени Ганц отказался от предложения Нетаньяху по созданию коалиции | Вестник  Кавказа

İsrailin müdafiə naziri Beni Qants

 
İranın nüvə proqramının regiona qarşı təhlükəsi barədə xəbərdarlıq edən Qants deyib ki, İsrail ordusu bu təhdidin qarşısını almaq üçün lazım bildiyi zaman İranın nüvə proqramına qarşı hərəkətə keçəcək: “Regionda müharibə baş versə, çoxlu sayda sivil insanları da özünə cəlb edəcək. Bu, təkcə ordular arasında bir savaş olmayacaq.


İsrailin hədəfi aydın və şəffafdır, İran nüvə silahına yiyələnməməlidir. Bu hədəf, yalnız İsrailin mənafeyini təmin etmək üçün deyil. Bu, həm də hər şeydən əvvəl beynəlxalq və regional mənafeyi qorumaq üçündür”, -deyə  İsrailin müdafiə naziri Beni Qants bəyan edib.
 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15