SON XƏBƏRLƏR

İsrailli nazir: “Əsəd İranın Suriya ərazisindən ölkəmizə qarşı hücumuna icazə versə, onun rejimini devirəcək, özünü isə məhv edəcəyik”

2021.10.20, 07:36
İsrailli nazir: “Əsəd İranın Suriya ərazisindən ölkəmizə qarşı hücumuna icazə versə, onun rejimini devirəcək, özünü isə məhv edəcəyik”

Gunaz.tv

 GünAzTV: Mayın 7-də İsrailin Nazirlər Kabinetinin iclasında çıxış edən energetika naziri Yuval Ştayniç, İranın Suriyada hərbi mövcudluğundan və bu ölkə ərazisindən Tel-Əvivə qarşı mümkün hücumundan danışaraq, rəsmi Dəməşqə ciddi xəbərdarlıq edib.

 

Yuval Ştayniçin Əsəd rejiminə qarşı bəyanatı, İsrailin baş naziri Benyamin Netanyahunun İrana Suriyadakı hərbi fəaliyyətinə görə xəbərdarlığından bir gün sonraya təsadüf edib.

 

Öz çıxışında Suriya hökumətinə xəbərdarlıq edən Yuval Ştayniç bildirib ki, əgər Bəşər Əsəd İranın Suriya torpağını İsrailə qarşı hərbi bazaya çevirməsinə imkan versə, Tel-Əviv kəskin şəkildə buna reaksiya verəcək: “Əgər Əsəd, İranın Suriya ərazisindən ölkəmizə qarşı hücumuna  icazə versə, onun rejimini devirəcək, özünü isə məhv edəcəyik. Əsəd bilməlidir ki, belə bir addım atacağı təqdirdə onun sonu gəlmiş olacaq”.

 

Xatırladaq ki, mayın 6-da hökumət iclasında çıxış edən Benyamin Netanyahu, İranı Suriyaya inkişaf etmiş silahlar daşımaqda və ölkəsinə qarşı təhdiddə günahlandırıb.

 

 

Tel-Əvivin İranın Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyini bildirən Netanyahu deyib ki, İsrail İranın bölgədəki hərbi macəraçılığına qarşı tez bir zamanda hərəkətə keçməlidir: “Biz, İranın ölkəmizə qarşı hücumçu siyasət və yanaşmasını dayandırmaqda qərarlıyıq. Hətta əgər bu, müharibə anlamına gəlsə belə. Yaxşısı budur ki, belə bir savaş gecikdirilmədən indi baş versin. Biz, ölkələrimiz arasında hər hansı bir çaxnaşma yaranmasının tərəfdarı deyilik. Lakin buna baxmayaraq, düşünürəm ki, biz ölkəmizə qarşı həyata keçirilə biləcək hər hansı bir ssenariyə hazır olmalıyıq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar