Sərəskənd mahalı boşalır: İşsizlik məcburi köçün başlanmasına səbəb olub

2021-05-04 12:35

​​​​​​​Güney Azərbaycanın Sərəskənd mahalının (Həştrud) valisi Əmin Əminiyan bölgə əhalisinin işsizlikdən əziyyət çəkdiyini bildirib. 

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, son 5 ildə işsizlik səbəbindən bölgədən ən azı 4.000 nəfər mühacirət edib.

"İSNA" xəbər agentliyinin verdiyi məlumata görə, Əmin Əminiyan bu barədə mayın 3-də Məşqulluq Təşkilatının işçi qrupunun Sərəskənd bölməsinin toplantısında çıxış edərkən bildirib.

"Təəssüf ki, son beş ildə işsizlik səbəbindən bu şəhərdən 4000 nəfər köç edib. Ancaq təəssüflə bu tip acı xəbərlər əks olunmur”-deyə, Əmin Əminiyan bölgədə durumun acınacaqlı olduğunu vurğulayıb.


O, Sərsəkənddə işsizlik səviyyəsinin təxminən 25% olduğunu, bunun isə ölkədə işsiz sayının yüzdə birini təşkil etdiyini deyib.

Vali bunun mahal üçün böyük rəqəm olduğunu deyib.

Ə.Əminiyan ölkənin milli qaynaqların regional tarazlığı gözləmədən bölündüyünü və Sərəskəndin bu qaynaqlardan faydalanmadığını da vurğulayıb.

O, ölkədə məktəblərin və təhsil ocaqlarının tikintisi ilə məşğul olan "Barakat” fondunun Sərəskənddəki fəaliyyətsizliyini tənqid edib, fondun mahalda bu günə kimi yalnız bir kənd məktəbinin tikintisində iştirak etdiyini bildirib.

Əmin Əminiyan ölkə üzrə mövcud olan kaneks məktəblərin yüzdə birinin Sərəskənddə olduğunu diqqətə çatdıraraq, hal-hazırda ən azı 74 məktəbin yenidən qurulmasına ciddi ehtiyac olduğunu bildirib.

Əmin Əminiyan bundan öncə aprelin 17-də bölgədə 37 qeyri-standard kaneks məktəbin olduğunu, onlarla məktəbin istifadəyə yararsız və təhlükəli durumda olduğu barədə mətbuata açıqlama vermişdi.

Qeyd edək ki, Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsinə dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağını bildiriblər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11