SON XƏBƏRLƏR

Sistan-Bəluçistanda nümayişlər keçirilir- Ölən və yaralananlar var

2022.11.04, 12:25
Sistan-Bəluçistanda nümayişlər keçirilir- Ölən və yaralananlar var

Gunaz.tv

Bəluç fəalların verdiyi məlumata görə, noyabrın 4-ü günorta saatlarından başlayaraq İranın Sistan-Bəluçistan əyalətinin bir neçə şəhərində etiraz nümayişləri keçirilməyə başlayıb.

Zahidan, Rask, Səravan və Xaş şəhərlərində hökumət qüvvələrinin nümayişçilərə qarşı odlu silahlardan atəş açdığını deyən fəallar, bir neçə nəfərin öldürüldüyü və çox sayda insanın yaralandığını bildirirlər.

Məlumatda hökumət qüvvələrinin repressiyalara bəraət qazandırmaq üçün bəzi bir neçə bank, ictimai iaşə yeri və avtomobili yandırdıqlarını, nümayişçiləri təxribatçı kimi göstərməyə çalışdıqlarını qeyd edirlər.

Etnik sünni məzhəbli bəluç ldürülən və yaralananların sayı və kimliyinin dəqiqləşdirilməsinə çalışdıqlarını deyirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar