SON XƏBƏRLƏR

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Ölənlər və yaralanlar var – FOTO - YENİLƏNİB

2022.01.03, 08:27
Sistan-Bəlucistanda silahlı qarşıdurma: Ölənlər və yaralanlar var – FOTO - YENİLƏNİB

Gunaz.tv

 Yayılan məlumata görə, qannı insident yanvarın 1-i axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Kurin məntəqəsində yerləşən Şoru kəndində Şəhbəxş tayfasından olan yaraqlılarla SEPAH-çılar arasında baş verib.

Bildirilir ki, SEPAH terror təşkilatının quru qüvvələrinin “Qüds” qərargahından olan qüvvələr əvvəcədən hazırlanmış bir plan əsasında Şəhbəx tayfasından olan müxalif bəluc Qulam Şəhbəxşi tutmaq üçün Şoru kəndinə hücum etsələr də kənd sakinlərinin müqaviməti ilə üzləşiblər.

Yayılan məlumata görə, SEPAH-çılar ağır silahlardan istifadə edərək bəluc kəndini artilleriya atəşinə tutublar. 

Atışma nəticəsində SEPAH və yerli hüquq mühafizə qüvvələrinin 5 əməkdaşı (Kurin məntəqəsindəki SEPAH qüvvələrinin komandanı Mehdi Əsğəri, Mehdi Kuhestani, Əzizulla Tohidi Bəzi, Cavad Şahbazi və Hamid Şəhrəki) müxalif bəlucladan isə ən azı 5 nəfər həlak olub.

SEPAH-ın ağır silahlardan açdığı atəş nəticəsində həmçinin iki qadın və 12 yaşlı bir uşaq da həlak olub. 

SEPAH oru kəndinə hücumda  Şəhbəxş tayfasından olan yaraqlı dəstə başçılarından biri olduğu bildirən Qulam Şəhbəxşi öldürdüyünü iddia etsə də, bəzi bəluc mənbələri SEPAH-ın bu iddiasını rədd edərək, onun bir neçə döyüşçü həmkarı ilə mühasirəni yarıb hadisə yerindən sağ-salamat çıxa bildirini bildirirlər.

Bununla belə Qulam Şəhbəxşin SEPAH-la silahlı qarşıdurmada ölüb-ölməməsi barədə ziddiyyətli xəbərlər yayılır.

Məlumatda həmçinin atışmada hər iki tərəfdən, o cümlədən də Şoru kənd sakinlərindən daha bir neçə nəfərin öldürüldüyü, bir neçə nəfərin isə ağır yaralandığı bildirilir. 

Silahlı insidentin detalları açıqlanmayıb.

Qeyd edək ki, son illər İRanın Pakistanla həmsərhəd olan Sistan-Bəlucistan əyalətində öz dini və milli hüquqları uğrunda mübarizə aparan sünni məzhəbli bəluclarla SEPAH-çılar arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən yüzlərlə insan həlak olub.

غلام شه‌بخش (توئیتر)

bc5c0000-0aff-0242-87ca-08d9cd699cb0_w1023_r1_s.jpg                                                         Sistan-Bəlucistanda "Şəhbəxş" tayfasından olan müxalif bəluc Qulam Şəhbəxş

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar