SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda əhali ilə hökumət məmurları arasında qarşıdurma olub-VİDEO

2022.02.03, 09:55
Sistan və Bəluçistanda əhali ilə hökumət məmurları arasında qarşıdurma olub-VİDEO

Gunaz.tv

Bu barədə bəluç fəallar məlumat yayıb. Məlumata görə, qarşıdurma əyalətin Saravan şəhəri yaxınlığında yerləşən Deh və Kələqan kəndlərində baş verib. 

Xırda yanacaq alverçilərinin yeganə gəlir mənbəyinin əllərindən alınması insanların narazılığına səbəb olub. Təhlükəsizlik qüvvələri tərəfindən yolun bağlanmasına etiraz edən əhaliyə qarşı zor tətbiq edilib.

Qeyd edək ki, 2 gün bundan öncə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) silahlıları Sistan və Bəluçistan əyalətinin Hirmənd şəhərinin “Məlik” gömrük keçid məntəqəsi yaxınlığında “qaçaq yanacaq” satan yeniyetməni güllələyərək qətlə yetiriblər. 

Sistan və Bəluçistan əyaləti İranda ən geri qalmış əyalət sayılır və Pakistan, Əfqanistanla sərhəddə yerləşən bölgələrin əhalisi məcburiyyət qarşısında kiçik miqyasda yanacaq alveri ilə məşul olurlar.

Bu səbəbdən davamlı olaraq silahlı qüvvələrlə onlar arasında qarşıdurma olur, xəbərdarlıq etmədən açılan atəş nəticəsində hər ay bir neçə bəluç qətlə yetirilir.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar