SON XƏBƏRLƏR

İstanbul hava limanında təyyarələri yanacaqla təmin edən şirkətlər İranın sərnişin təyyarələrinə yanacaq verməkdən imtina ediblər

2021.10.20, 07:36
İstanbul hava limanında təyyarələri yanacaqla təmin edən şirkətlər İranın sərnişin təyyarələrinə yanacaq verməkdən imtina ediblər

Gunaz.tv

 GünAzTV: Türkiyənin İstanbul hava limanında xarici təyyarələrin yanacağını təmin edən şirkətlər, İranın sərnişin təyyarələrinə yanacaq verməkdən imtina ediblr. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, İranın sərnişin təyyarələrinin yanacaqla təmin olunmaması nəticəsində, noyabrın 2-də uçuşlardan ən azı biri ləğv edilib və İran təyyarələri öz istiqamətlərini dəyişərək, əvvəlcədən nəzərdə tutulmuş sərnişinlərin sayını azaltdıqdan sonra minimum yanacaqla uçmaq məcburiyyətində qalıblar.

 

Türkiyənin təyyarələrin yanacağını təmin edən nəhəng “Tüpraş” şirkəti bundan əvvəl bəyanat yayaraq bildirmişdi ki, Türkiyə Amerika sanksiyalarından istisna edilməyənə qədər, bu şirkət  İranın sərnişin təyyarələrini yanacaqla təmin etməyəcək.

 

 

Xatırladaq ki, ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə açıqlamasında İrana qarşı geniş sanksiyaların icrasına başlanılmasından danışmışdı.

 

O bildirmişdi ki, nüvə sazişinin imzalanmasının ardınca ləğv edilmiş bütün sanksiyalar, noyabrın 5-dən başlayaraq yenidən bərpa ediləcək: “Sanksiyaların yenidən bərpa olunması çərçivəsində, 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınacaq. Bunlardan isə 300-ü, siyahıya salınacaq yeni fiziki və hüquqi şəxs və qurumlardan ibarətdir.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, noyabrın 5-dən başlayaraq, Amerikanın İran neftinin satışına qoyduğu sanksiyaların icrasına başlanılır. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar