SON XƏBƏRLƏR

İstanbulda “İran kinosunda türkcə film günləri” başlayıb

2021.10.20, 07:36
İstanbulda “İran kinosunda türkcə film günləri” başlayıb

Gunaz.tv

GünAz TV: Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində böyük film festivalı başlayıb.

 

“İran kinosunda türkcə film günləri” adlı proqram çərçivəsində Güney Azərbaycanda türk dilində çəkilmiş 21 film nümayiş etdiriləcək.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 5 günlük tədbirdə 13 qısametrajlı, 4 uzun və 4 sənədli filmin nümayişi ilə bərabər İran kinosunun türkcə filmləri ilə əlaqədar seminar da təşkil olunacaq.

 

Festival zamanı Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində məşhur məkanlar və binalar mövzusunda fotosərgi də keçiriləcək. Sərgidə Fəyyaz Bəhram, Səccad Radpur, Damla Həsənxanlı, Dohid Nayebi, Hüseyn Vahidi, Murtaza Pursəmədi, Məhəmməd Həmidi, Mehdi Əmirpur, Aydın Təbrizi, Sabir Qazi və Mehdi Meymənədi kimi fotoqrafların əsərləri sərgilənəcək.

 

Tədbirdə əksəriyyəti Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində keçən bir neçə ildə çəkilmiş filmlərdən əlavə dekabr ayında vəfat edən rejissor Yədulla Səmədinin 1997-ci ildə çəkdiyi “Saray” filmi də nümayiş ediləcək.

 

Tədbir Beyoğlu məhəlləsinin Yeşilçam kinoteatrında dekabrın 11-dək davam edəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar